Xarici burun deformasiyası


Xarici burun deformasiyası, xarici burunu əmələ gətirən sümük, qığırddaq və onların üzərini örtən yumşaq toxumaların simmetriyasının, üzdəki digər orqanlar və bölgələrlə mütanəsibliyin pozulmasının nəticəsidir. Bu deformasiyalar fəzanın hər üç müstəvisində ola bilər.
 

                                              
                 
                        
Bu deformasiyalar cərrahi əməliyyat-rinoplastika vasitəsilə aradan qaldırıla bilər. Rinoplastikalar bir neçə üsulla həyata keçirilir: açıq, qapalı, "delivery" və s. Deformasiyanın ağırlığına və lokalizasiyasına görə cərrahi yöntəm seçilir. Açıq üsulla icra zamanı kəsik burunun kolumella bölgəsində, qapalı üsul zamanı isə burun içində icra olunur. Hər iki üsulun öz müsbət və mənfi tərəfləri var. 
İstənilən halda rinoplastika yüngül əməliyyat hesab oluna bilməz. Əməliyyat zamanı və əməliyyatdan sonrakı erkən və gec dövrdə fəsadlar izlənir ki, bunların aradan qaldırılması üçün növbəti cərrahi müdaxilələrə ehtiyac ola bilər. Xəstənin yaşından, cinsindən, peşəsindən və psixoloji portretindən, cərrahın səriştəsindən irəli gələn uğursuzluqlar, narazılıqlarda səbəb olan amillər içindədir. 
Pasient əməliyatdan sonrakı dövrdə üzündə ödem (şişkinlik), göyərmə, ağrı, burun ucunda hissiyat pozulamsı və s. kimi narahatçılıqların ola biləcəyi haqqda xəbərdar olmalıdır. Əksər hallarda bunlar keçici olsada, nadirən qalıcı xarakter daşıya bilər. Bu ehtimal bir çox faktorların təsirindən asılıdır.