Boğaz


Boğaz çox geniş biçimli bir məhfumdur. Bu səhifədə boğaz anatomiyası və fiziologiyası haqqında qısa məlumat veriləcək. 

ANATOMİYA

   Şərti olaraq 4 hissə şəklində dəyərləndirilir: nazofarenks (gəniz), orofarenks, hipofarenks və qırtlaq. 
   Nazofarenks-yumşaq damaq qövsləri səviyyəsindən yuxarıda yerləşən, öndə burun boşluğunun arxası ilə (xoana) qonşuluq edən, yuxarıda kəllə əsasına dayanan, arxada onurğa sütununun qişaları ilə sıx təmas edən şərti bir boşluqdur. Nazofarenksin arxa-üst divarında limfatik toxumadan ibarət adenoid (gəniz əti) olaraq adlandırılan törəmə yerləşir. Bəzən eyni bölgədə anadangəlmə Thornwaldt kisti görülə bilər. Nazofarenksin yan divarlarında ətrafı yenədə limfatik toxuma ilə əhatəli Evstax borularının ağzı yerləşir. 
   Orofarenks-yuxarıda yumşaq damaq qövsləri və dilçək, aşağıda dil kökü, öndə ağız boşluğu, arxada isə onurğanın boyun hissəsi ilə qonşu olan bir boşluqdur. Ağız boşluğu ilə orofarenksi biri birindən damaq tonsillərinin arxa qövsləri ayırır. Bu bölgədə nazofarenks kimi diffuz dağılmış limfoid toxuma ilə zəngindir.
   Hipofarenks-dəl kökündən aşağı, qida borusunun və qırtlağın girişinə qədər olan aralığı əhatə edən bir boşluqdur. Orofarenkslə birlikdə bu bölgədə tənəffüs və qida yolları kəsişir.

                     
 
 Qırtlaq-tənəffüs və səs əmələ gətirmədə çox mühim rol oynayan orqanlarımızdan biridir. Qırtlaq- bir sümük, qığırdaqlardan, onları birləştirən bağlardan və əzələlər sistemindən əmələ gəlir. Tək sümük olan-dilaltı sümük (hyoid), qırtlağı bir növ asılqan şəklində elastik fiksasiyasını təmin edir. Qığırdaqlar cüt və tək olur. Tək qığırdaqlar: qalxanvari (tiroid), üzükvari (krikoid) və qırtlaq qapağı (epiglot). Cüt qığırdaqlar: çalovabənzər (aritenoid), buynuzvari (kornikulat) və pazabənzər (kuneiform). Qırtlaq 3 səviyyəyə ayrılır: səs yarığı üstü (supraqlottik), səs yarığı (qlottik) və səs yarığı altı (subqlottik). Qırtlağın əzələ sistemi 2 qrupa ayrılır: daxili və xarici. Xarici əzələlər əsasən qığırdaqları biri birinə təsbit edirsə, daxili əzələlər əsasən səsin əmələ gəlməsində rol alır. Qırtlağın bütün əzələlərinin hərəkətlərini azan sinirin (V. kəllə siniri) şaxələri olan yuxarı qırtlaq və aşağı qırtlaq sinirləri təmin edir. 

                  

FİZİOLOGİYA

   Yuxarıda qeyd etdiyimiz kimi, boğaz tənəffüs və qida yollarının kəsişdiyi bir bölgədir. Məhz buna görə hər iki fiziyolojik akt haqqında məlumat verilməlidir. 
   Tənəffüs aktı-mərkəzi sinir sistemi tərəfindən idarə olunan, üst və alt tənəffüs yolları tərəfindən icra edilən bir fiziyolojik aktdır. Tənəffüs aktı nəfəsalma və nəfəsvermə fazalarından ibarətdir.
   Üst tənəffüs yollarına: burun boşluğu, nazofarenks, ağız boşluğu, orofarenks, hipofarenks və qırtlaq daxildir. Nəfəsalma fazasında hava axını burun boşluğu və/və ya ağız boşluğundan orofarenksə, oradan isə qırtlağa doğru yönəlir. Qırtlaqdan aşağı doğru hərəkət edən hava axını nəfəs borusuna (traxeya), oradan isə bronxlar vasitəsi ilə ağ ciyərlərə daxil olur. Nəfəsvermə fazasında hava axını eyni yolu geriyə doğru izləyir. Burun vasitəsi ilə icra olunan tənəffüs aktı sağlam və tam fiziyolojik olaraq dəyərləndirilir.
   Səs, bir çox canlılar və xüsusilədə insanlar arasında ünsiyyəti təmin edən vacib ünsürlərdən biridir. Səsin əmələ gəlməsində alt və üst tənəffüs yollarının böyük rolü vardır. Belə ki, nəfəsvermə aktı sırasında ağ ciyərlərdən çıxan hava qırtlağın qlottik bölgəsindən keçir. Səs əmələ gətirmədə böyük rol alan tiroaritenoid əzələlər (səs telləri) hərəkət edərək hava axınının diametrini dəyişir və üzərindəki selikli qişa dalğalanması ilə səsin bir çox parametrini təmin edir. Beləcə, əmələgəlmiş primitiv səs ağız boşluğu, burun boşluğu, burun ətrafı ciblərin boşluqları, dil və dodaqlar vasitəsi ilə şəkillənir və hər insana məxsus çalarlarını alır. 

                                        
  
   Qəbul etdiyimiz qida ağızda çeynəldikdən sonra dil vasitəsi ilə orofarenksə doğru itələnir. Bu andan etibarən udqunma aktı başlayır. Udqunma aktı kompleks bir akt olub mərkəzi sinir sistemi tərəfindən idarə olunan və dil kökü, udlaq (farenks), qırtlaq tərəfindən icra edilməktədir.
  Udqunma aktı aşağıdakı mərhələlərdən ibarətdir: ağız mərhələsi (qida topunun əmələ gətirilməsi), udlaq mərhələsi (qida topunun qida borusuna doğru hərəkəti və qırtlaq qapağının qırtlağ girişini bağlaması), qida borusu mərhələsi (qida topunun qida borusuna daxil olması). 
 
                                         
 

Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol