Qulaqda səs (cingilti)

 
  Cingilti-qulaqda obyektiv vəya subyektiv səsin duyulmasıdır. Səsin xarakteri patalogiyanın xüsusiyyəti haqqında məlumat vərməz. 

                                   

  Cingilti aşağıda adları çəkilən xəstəliklərin əlaməti ola bilər. Bu xəstəliklər qulaq və qeyri qulaq mənşəli ola bilər. 

  Qulaq mənşəli,
-xarici qulaq keçəcəyiynin qulaq kiri tıxacı,
-mirinqoskleroz (qulaq pərdəsinin sklerotik dəyişikliyi),
-timpanoskleroz (orta qulağın sklerotik dəyişikliyi),
-koxlear nevrit,
-orta qulaq sümükcüklərirnin qopması, destruksiyası,
-xolesteatom,
-otitlər,
-yumşaq damaq klonusu,
-Evstax borusunun disfunksiyası və s.

  Qeyri qulaq mənşəli,
-yüksək vidacı vena,
-yuxu arteriyası patalogiyaları,
-vertebral arter patalogiyaları,
-arterial təziq dəyişikliyinə səbəb olan durumlar (feoxrositoma, essensial hipertoniya və s.)
-miqren,
-psixoloji durum,
-hiperxolesterinemiya,
-qalxanvari vəz xəstəlikləri və s.

  Görüldüyü kimi bəhs edilən şikayət bir çox xəstəliyin əlaməti olaraq görülür və ayırd edilməsi üçün ən azından əyani müayinə və audiometriya (eşitmə testi) məsləhətdir.
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol