Boğazda "artıq ət"

 Boğazda "artıq ət" məhvumu əhalimiz arasında olduqca geniş yayılmış olub, adətən tonzillitin müxtəlif formalarını nəzərdə tutur. Tonzillit, öz növbəsində damaq badamcıqlarının iltihabı deməkdir. Bu iltihab aşğıdakı kimi təsnif olunur.

1. Kəskin tonzillit (angina),

2. Xroniki tonzillit (1 il ərzində 4 və ya daha çox angina)
  -kompensasiyalı,
 -dekompensasiyalı (boyun limfa düyünlərində stabil böyümə, damaq badamcıqlarının lakunalarında irin tıxacları/çapıq toxuması və s.).
 Kəskin tonzillit yalnız medikamentoz (dərmanlarla) müalicə olunduğu halda, kompensasiyalı tonzillit əlavə olaraq ümumigücləndirici, fizioterapevtik müalicə olunur. Dekompensasiyalı tonzillit isə cərrahi yolla (tonzillektomiya əməliyatı) müalicə olunur.
 Əməliyat ümumi endotraxeal anesteziya (narkoz) altında, əməliyatxanada icra olunmalıdır. Bu müdaxilə skalpellə, koaqulyatorla, "thermal  welding"lə, koblatorla, lazerlə və s. icra oluna bilər.

 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol