Burun

   Burun - xarici burun, burun boşluğu və burunətrafı ciblər olaraq 3 hissədə dəyərləndirilir.

ANATOMİYA
   Xarici burun üzün orta kəsimində yer alan, üzəri dəri ilə örtülü sümük və qığırdaqların dəstəyi ilə əmələ gələn, piramida şəklində orqandır. Xarici burunu üzə fiksə edən 2 ədəd simmetrik burun sümüyüdür. Burunun aşağı 1/3`ü 4 böyük və bir neçə kiçik qığırdaqlardan ibarətdir.
   Burun boşluğu - 2 ədəd olub, selikli qişa ilə örtülü bir bölgədir. Burun boşluğu öndə burun dəliyi vasitəsi ilə ətraf mühitə, arxada xoana vasitəsilə ilə gənizə (nazofarenksə) açılır. Hər burun boşluğunda 3 ədəd balıqqulağı adlandırılan orqan var. Hər balıqqulağı altında bir boşluq var ki, bunlara alt, orta və üst pasaj deyilir. 

                    
  
Burunətrafı ciblər - toplam 7 (2 əng, 2 alın, 2 xəlbir, 1 əsas) ədəd olub, burunətrafı bölgədəki sümüklərdə, selikli qişa ilə örtülü boşluqlardır.  
  
                
FİZİOLOGİYA
   Burunun 5 əsas funksiyası var: 1) respirator (tənəffüs), 2) olfaktor (qoxu),3) qoruyucu, 4) nəmləndirmə, 5) rezonator.
   Tənəffüs funksiyası, havanı burun dəliklərindən alaraq koanalardan gənizə və davamında nəfəs borusuna yönləndirməkdir. Burun dəliklərindəki daralma, burun pasajlarına doğru deformasiyalar, xoanalardaki darlıqlar bu funksiyanı poza bilər.
   Olfaktor funksiya, burun boşluğunun üst bölgəsində yer alan olfaktor hüceyrələrlə zəngin olan olfaktor epitel vasitəsi ilə həyata keçir. Olfaktor hüceyrələrlə təmas edən qoxu molekulaları, hüceyrələrdə biopotensialın yaranmasına səbəb olur. Bu potensial olfaktor sinir vasitəsi ilə beyinin müvafiq bölgələrinə yönlənir.
   Qoruyucu funksiya, burun dəliklərindəki tüklər, mukosiliar aktivlik və askırma refleksi vasitəsi ilə olur.
   Nəmləndirmə funksiyası, burun və burunətrafı cibləri örtən selikli qişaların ifraz etdiyi seliklə təmin edilir.
   Rezonator funksiya, burun boşluğu və burunətrafı ciblərin həcmi ilə əlaqəli bir məhfumdur.
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol