Baş və Boyun

  Baş və boyun nahəyyəsindən bəhs ettiyimizdə təbii ki, bütün anatomiyası və fiziologiyasını əhatə edə bilmərik. Bu bölümdə sadəcə ixtisasa uyğun anatomik bölgələrin özəlliklərindən qısa bəhs ediləcəkdir.

BAŞ NAHİYYƏSİ

  Başın dəstək skeleti kəllə və alt çənə sümüklərindən əmələ gəlməkdə. Kəllə sümükləri tək alın, ənsə, əsas, xış, xəlbir və alt çənə və cüt olan gicgah, təpə, üst çənə, burun və göz yaşı sümüklərindən əmələ gəlir.  Bu sümüklər kəllənin üz və beyin şöbəsini təşkil edirlər. Beyin şöbəsində beyin yerləşir. Üz şöbəsi isə göz, göz yaşı aparatı, xarici burun və burun boşluğu, xarici, orta və daxili qulaq üçün dəstək və boşluqları təşkil edir.

  Baş nahiyyəsində yerləşən ən önəmli orqanlardan biri-göz və gözyaşı sistemidir. Gözyaşı sistemini burun boşluğu ilə bağlayan gözyaşı kanalı gözün iç bucağında alt və üst gözyaşı nöqtələri ilə başlayır və gözyaşı kisəsi şəklində buruna doğru uzanaraq alt balıqqulağı səviyyəsində açılır. Əmələ gələn gözyaşı bu yolla burun boşluğuna axır.

 
                                                


BOYUN NAHİYYƏSİ

  Boyun nahiyyəsinin dəstəyi onurğa sütununun 7 boyun fəqərəsi ilə təmin olunur. Bu fəqərələr nizamlı bir şəkildə biri birinin üstündə oturaraq yuxarıda kəllə əsasına dəstək verib, aşağıda isə döş fəqərələrinə davam edirlər. 
 
                                             
 
  Fəqərələrin nizamı çoxsaylı, güçlü boyun əzələləri və bağlar vasitəsi ilə təmin olunur. Bu əzələlər başın ətraf mühittəki pozisiyasını requlə edirlər.

   Digər bölümlərdə udlaq və qırtlaq haqqında bəhs edilmişdir. 

   Qalxanvari vəz (tiroid vəz, zob) boynun ön səthində, orta xətt boyunca yerləşən və bədənin bir çox funksiyasının yerinə yetirilməsində mühüm rol oynayan endokrin vəzdir. Embriyolojik olaraq ağız dabaninda əmələ gəlməsinə baxmayaraq tədricən boyuna doğru miqrasiya edərək qalxanvari qığırdağın önündə yer alır. Bu inkşaf xüsusiyyətindən irəli gələn vəzin yerləşmə variasiyalarına rast gəlinir (ektopik zob, tiroqlossal duktus/fistula vs.). Qalxanvari vəz, qalxanvari qığırdağın önündə yer alaraq iki paydan (sağ və sol), onları birləşdirən boyundan (isthmus) və piramidal paylardan ibarətdir. 
        
             
  
   Qalxanvari vəzin arxasında 3-6 ədəd paratiroid vəz var.
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol