Qulaqdan axıntı

  
  Qulaqdan,  yəni xarici qulaq keçəcəyindən olan axıntı xarəcə qulaq keçəcəyi, orta qulaq, kəllə əsası, bəzi tüpürcək vəzi xəstəlikləri və s. patalogiyalarda rastlana bilər. 
  
                                         
 
  Xüsusiyyətinə görə axıntı qoxulu/qoxusuz, duru/qatı, şəffaf/bulanıq və davamlı/aralıqlı olaraq görülür.
  Axıntı spesifik qoxulu, qatı, bulanıq və tək səfər gəldiysə, onu qulaq ağrısı müşayət etmirsə bu çox zaman xarici qulaq keçəcəyinin yığılmış kiridir. Bəzən eyni durum kəskin xarici otitlərdə belə görülə bilər, amma bu patalogiyaya şiddətli ağrı xasdır. 

  Axıntı üfunətli, qatı, bulanıq, bir neçə gün davam edən və zaman zaman (ildə bir neçə dəfə, əsasən üst tənəffüs yolları infeksiyası sonrası) təkrarlayırsa xroniki orta qulaq infeksiyasından şübhələnməlidir. Bu durumda eşitmə azlığıda olur. Belə bir durumda baş ağrısı, baş gicəllənməsi, halsızlıq, qulaqda ağrı kimi şikayətlərdə mövcudsa xroniki orta otitin fəsadları (meningit, beyin absesi, labirintit və s.) göz önünə alinmalıdır ki, buda təcili hospitalizasiya və gərəkirsə əməliyyat gərəkdirir. 

   Şəffaf, duru, qoxusuz, bəzən nəbz atışlı, çox zaman kəllə travması sonrası izlənən axıntı-likvorun (beyin ətrafı maye) axmasının göstəricisidir. Durum təcili hospitalizasiya gərəkdirir.
  Axıntı qanlı, üst tənəffüs yolu infeksiyası müddətində, əsasən uşaqlarda, axıntı sonrası kəsən qulaqda şiddətli ağrı sonrası başlamışsa qulaq pərdəsinin iltihabını-mirinjiti göstərir. Qısa müddətdə konservativ müalicə ehtiyacdır.

  Qulaqdan olan axıntı kəllə travması sonrası qan rəngindədirsə, bu durum baş ağrısı, bəzən şuur pozğunluğu, baş gicəllənməsi və s. şikayətlərlə müşaiyət edilirsə-gicgah sümüyünün sınığından şübhələnilməlidir.

  Bəzi gicgah sümüyü və ətrafındaki yumşaq toxumaların onkoloji xəstəlikləridə eyni əlamətlərlə təzahür edə bilər.
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol