Eşitmə zəifliyi


  Eşitmə zəifliyi, hər hansı səbəbdən ətraf mühittəki akustik siqnalın beyindəki eşitmə mərkəzinə çatmaması ilə əlaqədardır. Eşitmə azlığı çox sıx rast gələn problem olub hər 1000 yeni doğulmuş uşağın birində və 60 yaşdan böyük olan hər 3 adamdan birində görülür.

                                                      
                           

  Eşitmə zəifliyi 3 növ ola bilər:
1. Konduktiv-Səsin ətraf mühitdən iç qulağa qədər ötürülməsi yolunda əngəl.
2. Sensonöral-Akustik enerjinin elektrik impulsa dönməsi və eşitmə mərkəzlərinə ötürülərək alqılanmasında əngəl.
3. Mikst (qarışıq)-Hər iki yolda əngəlin mövcudiyyəti.
   
  Eşitmə zəifliyinin dərəcəsidə çox önəmli bir məhvumdur. Eşitmə azlığının dərəcələndirilməsi aşağıdaki şəkildə icra olunur:
Yüngül dərəcə-0-20 dB,
Orta dərəcə-21-40 dB
İrəli orta dərəcə-41-65 dB
Yüksək dərəcə-66-90 dB
Çox yüksək dərəcə->91 dB

  Eşitmə, otoskopiya, mikrootskopiya, audiometriya, timpanometriya, ABR (auditory brain responce) və b. müayinə yöntəmləri ilə dəyərləndirilir. Bu müayinə yöntəmlərinin nəticəsinə görə eşitmə azlığının növünü, dərəcəsini, sağalma proqnozunu və eşitmənin korreksiya yöntəmini (konservativ müalicə, əməliyyat, protezləşdirmə və s.) seçmək mümkündür.

Eşitmə azlığına səbəb olan durumlar:

Anadangəlmə
-bətndaxili keçirilmiş infeksiyalar;
-hiperbilirubinemiya (sarılıq);
-genetik xəstəliklər;
-qulağın inkişaf anomaliyaları və s.

Qazanılmış
-xarici qulaq keçəcəyinin tıxacı, yad cisimləri;
-qulaq pərdəsinin xəstəlikləri;
-qulaq pərdəsinin dəlinməsi (deşilməsi);
-orta qulaq infeksiyaları (kəskin və xroniki);
-orta qulaq sümükcüklərinin travma sonrası qopması;
-otoskleroz, timpanoskleroz, mirinqoskleroz;
-koxlear nevrit;
-psixotik;
-simulasiya;
-presbiakuzi (yaşla əlaqədar eşitmə azlığı) və s.

Qoyulmuş dianoza görə müalicə yöntəmi seçilir.
 
http://apa.tv/cast/68/15035
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol