Baş gicəllənməsi
Ətraf mühitdə müvazinətimizi təmin edən sistemin bir hissəsidə iç qulaqda yerləşmişdir. Bu sistemin patalogiyalarında ən çox rast gəldiyimiz əlamətlərdən biridə-baş gicəllənməsidir (baş dönməsi).

Baş gicəllənməsi mərkəzi və periferik tip ola bilər.
Mərkəzi mənşəli baş dönməsnni nevropatoloqlar tərəfindən müalicə olunur.
Periferik tip baş dönməsi qulaq mənşəli olduğu üçün detallı qulaq müayinəsinə ehtiyac vardır. Müayinə nəticəsində ən çox rastlanan patalogiyalar aşağıdakılardır.
-labirintit,
-vestibular nevrit,
-Meniere xəstəliyi (endolimfatik hidrops),
-BPPV (benign paroxysmal positional vertigo)-xoşxassəli paroksizmal pozisyonal başdönməsi,
-Lermoyez xəstəliyi,
-Perilimfa fistulası və s.