Qulaq

   Bu bölümdə qısaca qulaq anatomiyası və fiziologiyası haqqında məlumat veriləcək.

ANATOMİYA

  Qulaq eşitmə və periferik vestibular (müvazinət) sisteminin ayrılmaz bir parçasıdır. Üç ayrı və eyni zamanda biri biri ilə sıx əlaqədə olan bölümdən ibarətdir: xarici qulaq, orta qulaq və daxili qulaq. 
   Xarici qulaq (XQ)-qulaq seyvanı və xarici qulaq keçəcəyi (təbil pərdəsi - qulaq pərdəsi daxil) ilə əmələ gəlir. Qulaq seyvanı,üzəri dəri və rudimentar (inkişafdan qalmış) əzələlərlə örtülmüş qığırdaqdır. Qığırdaq orta qulağa doğru boru şəklində uzanaraq xarici qulaq keçəcəyinin bir hissəsini əmələ gətirir. XQ`ın üz estetikasında böyük rolu olmaqla yanaşı, əsas təyinatı - ətraf mühittəki səsi toplayaraq təbil pərdəsinə doğru yönləndirməkdir.
   Orta qulaq - 6 divarı olan, kub şəkilli bir boşluqdur. Boşluğun içində eşitməni təmin edən 3 sümükcük (çəkic, zindan və üzəngi) mövcuddur. Ön divara Yevstax borusunun ağzı, arxa divara isə məməyəbənzər çıxıntının hava hüceyrələrinə açılan Ad antrum ``pəncərəsi`` açılır. İç divarda isə daxili qulağa açılan oval və dairəvi pəncərələr var.
   Daxili qulaq - eşitmə ilbizi olaraq adlandırılan orqandan ibarətdir. Eşitmə ilbizi sümük və içində yerləşən membranoz labirintdən əmələ gəlir. İlbizdə eşitmə və müvazinəti təmin edən hüceyrələr və onlardan alan siqnalı beyinə ötürən sinirlər (vestibular və koxlear sinirlər) var. İlbizin arxa bölümünə bağlı olan və biri birinə perpendikular yerləşən 3 yarımdairəvi kanal mövcuddur.



FİZİOLOGİYA

   Ətraf mühittə yaranan səslər qulaq seyvanı və xarici qulaq keçəcəyi vasitəsi ilə qulaq pərdəsi üzərinə toplanaraq çəkici, zindanı və üzəngini hərəkətə gətirirərək oval pəncərəni örtən membranı dalğalandırır. Bu dalğalanma, eşitmə ilbizindəki mayeni (perilimfa və endolimfa) hərəkətləndirərək eşitmə hüceyrələrini ``oyandırır``. Əmələ gəlmiş bioelektrik impuls eşitmə siniri vasitəsi ilə beyinə göndərilir və səs olaraq qiymətləndirilir.

                            
 

Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol