Burun qanaxması

  Burun qanaxması hər yaş qrupunda rastlanan müxtəlif burun və digər orqan və sistem xəstəliklərinin əlaməti ola bilər.


                                                


  Uşaq yaşlarında görünən burun qanaxması daha çox mikrotravmalar və burun boşluğunu örtən selikli qişaların quruluğuna bağlıdır. Qanaxma adətən burun boşluğunun ön 1/3-dən (Kisselbax kələfi) olub çox zaman özbaşına dayanandır.
  İnsan həyatının 10-20-ci illərində xüsusilə oğlan uşaqlarında rastlanan burun qanaxmaları daha çox diqqətli araşdırma tələb edir. Bu yaş qrupu üçün Yuvenil Angiofibroma xəstəliyi xasdır ki, mərhələsindən asılı olaraq müalicə yöntəmi seçilməlidir. 
  Yaşlı qrup xəstələrdə izlənən burun qanaxmaları əsasən bir çox sistem xəstəliklərinin əlaməti olsada, yenitörəmələrdə gözardı edilməməlidir. 
  Ayrıca xəstənin yaşından asılı olmadan burun qanaxmaları bəzi sindromların əlamətidə ola bilər. Bu səbəbdən heç bir burun qanaxması ehmal edilməməlidir.
  Qanaxmanın səbəbi nə olursa olsun pasient arxası üstə, başın bədənə görə 30-45 dərəcə önə doğru bükülmüş vəziyyətə gətirilməli, alına, burun kökünə buz qovuğcuğu qoyulmalı, qanaxma olan tərəfin burun qanadı arakəsməyə doğru basdırılmalıdır. Xəstə bu vəziyyəttə ən yaxın tibb ocağına təxliyyə edilməlidir. 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol