"Burunda ət"

  Əhali arasında geniş yayılmış suallardan biri-Doktor, bu uşağın burnunda artıq ət var mı?dır. Cavab-çox çətindir. Belə ki, bu məhvum özündə: adenoid vegetasiyası, poliplər, burun balıqqulaqlarının hipertrofiyasını birləşdirir. Bu xəstəliklər mərhələsindən asılı olaraq medikamentoz (dərmanla) və ya cərrahi müalicə olunur. 
 Burunudlağın adenoid vegetasiyası, burun keçəcəklərinin çıxışını (xoanaları) daraldaraq tənəffüsü pozur. Tənəffüsün pozulma dərəcəsindən asılı olaraq bu hipertrofiya 3 dərəcədə təsnif olunur. 1-ci və 2-ci dərəcə əsasən medikamentoz müalicə olunduğu halda, 3-cü dərəcə hipertrofiya-cərrahi yöntəmlə (adenoidektomiya/adenotomiya) müalicə olunur.
  Burun keçəcəklərində polip/poliplər: polipoid sinusit, antroxoanal polip və bəzi hallarda burun boşluğunun yad cismləri (rinolit) ətrafında əmələ gəlir. Xroniki polipoid sinusit zamanı burunətrafı ciblərin havalanması pozulmayınca (kompyuter tomoqrafiya) müalicə yalnız medikamentozdur. Əks halda endoskop vasitəsilə (FESS) ciblər açılır, polip kütlələrindən təmizlənir və havalanma təmin edildikdən sonra periodik medikamentoz müalicə icra olunur.
  Hipertrofik rinit, burun balıqqulaqlarının (konxaların) böyüməsi ilə müşaiyət olunan xəstəlikdir. Adətən dərman müalicəsi ilə nəzarət altında saxlanıla bilər. Lakin, bəzi durumlarda (medikamentoz müalicə nəticə vermədikdə) turbinoplastika əməliyyatı göstərişi yaranır. Bu əməliyyat, balıqqulağının kiçiltməsi ilə həyata keçirilir.