Xırıltılı səs


Canlı aləm nümayəndələrinin böyük bir qismi səs əmələ gətirmə funksiyasına sahibdirlər. Canlılar səs vasitəsilə biri-biriləri ilə təmas qurur, həyacan siqnalı verir, istəklərini bildirirlər. İnsan, əlavə olaraq səs vasitəsilə nitq qurur ki, bu da sosium içində çox vacib amildir.
    
                    
Səsin qiymətləndirilməsi üçün bir çox keyfiyyət və kəmiyyət testlərdən istifadə olunur, amma bunların arasında ən çox istifadə olunanı MDVP-multidimensional voice program`dır.
Xırıltılı səsə səbəb ola biləcək bir çox qırtlaq və səs telləri patalogiyaları vardır. Bu patalogiyalar orqanik və funksional olaraq 2 qrupa ayrılır. 
Ən çox rast gələnlər arasında funksional disfoniya, mutasional falsetto (puberfoniya), qırtlağın bəd və xoşxasəli yenitörəmələri, səs tellərinin iflicləri və s. 
Funksional disfoniya hər hansı bir amilin təsirindən, səs telləri və qırtlağın motorikasında qüsur olmadan müşahidə olunan durumdur. Xüsusi müalicə tələb etmədən, yalnız psixoterapiya ilə aradan qaldırılacaq bir durumdur.
Mutasional falsetto, yetkinlik dövründə əsasən kişilərdə rastlanan patalogiyadır. Xəstəliyin təməlində yetkinlik dövründə baş verən səs telinin qalınlaşması ilə bərabər yalnış səs istifadəsidir. Xəstəlik, funksionaldır və səs terapiyası yöntəmləri, psixoterapiya ilə müalicə olunur.
Qırtlağın yenitörəmələri, çox geniş bir mövzu olmaqla bərabər kliniki təzahürləri ilkin mərhələdə xırıltılı səs şikayəti ilə təzahür edir. Yenitörəmələr, qırtlağın bütün nahiyyələrində rastlansada ən sıx qırtlaq qapağı və səs yarığı bölgələrində müşahidə olunur. Müalicə yöntəmləri bir mənalı olaraq əsasən cərrahidir. Əməliyyatın həcmi histopataloji diaqnoza görə dəyişir və bəsit eksiziyadan qırtlağın xaric edilməsi və boyun diseksiyasına kimi dəyişir.
Səs teli/tellərinin iflicləridə xırıltılı səs, bəzən təngnəfəslik, səsin itməsi kimi şikayətlərə səbəb olur. Kliniki durum tək və ya hər iki səs telinin iflicə uğrayaraq hansı pozisiyada fiksasiya olunmasına bağlıdır. Belə ki, orta xəttə və ya bu pozisiyaya yaxın fiksasiya zamanı daha çox təngnəfəslik müşahidə olunursa, açıq şəkildə fiksasiya zamanı daha çox "səsli tənəffüs" müşahidə olunur. Səs telinin açıq pozisiyada fiksasiyası zamanı aspirasiyada olur ki, bu da təhlükəli olan aspirasiyon pnevmoniya ilə fəsadlaşa bilər.
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol